Məktəbəqədər hazırlıq

Bu məşğələlərdə xüsusi əyləncəli üsullarla uşaqlarıbn məktəbə hazırlığı nəzərdə tutulur:

Dünyagörüşünün formalaşdırılması

Riyazi bacarıqların inkişaf etdirilməsi

Yazı qabiliyyətinin inkişafı

Hesablama bacarığının inkişaf etdirilməsi

Uşaq inkişaf məşğələləri

Bu məşğələlər əsasən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçündür. Məşğələlərdə, əsasən, dünya standartlarına uyğun olan terapiya üsullarından (ABA, PCDI, SUN-RICE, Duyu-bütünləmə terapiyası, teach üsülu) istifadə olunur.

Autizm sindromu (Asperger, Rett sindromu, atipik autizm)

Əqli gerilik və inkişaf ləngiməsi ( Psixi və nitqi)

Daun sindromu

Hiperaktivlik və diqqət dağınıqlığı

Psixi proseslərin (diqqət, hafizə, məntiq, duyğu, qavrayış) inkişaf etdirilməsi

Disleksiya, disqrafiya və diskalkul

 

Uşaq inkişaf məşğələlərinin  nəticələri Avropadan gətirilmiş müasir hesablama üsulu ilə aparılır.

Hər ayın sonu aylıq hesabat valideynlərə təhvil verilir.

Nəticələri zəif uşaqların növbəti ay məşğələrinin davam etdirilməsi valideynlərlə müzakirə olunur.

Disleksiya

  • Bu öyrənmə çətinliyinin aşağıdakı növləri vardır:

  • Oxumaq, yazmaq, danışmaq, hesablama, analiz etmə.

  • Oxumaq - bəzi şagirdlər məktəbdə sözləri düzgün şəkildə oxuya bilmirlər. Oxşar sözləri qarışdırırlar. Sözləri hecalaya bilmirlər. Hecaları birləşdirməkdə çətinlik çəkirlər. Oxuduğunu təkrarlaya bilmirlər.

  •  

  • Yazmaq - yazısı anlaşıqlı deyildir. Sözdəki bəzi hərfləri unudar. İmla yazarkən cümlədəki sözü yazmaz. Sözdəki bütün hərfləri yazsa da hərfləri olduğu şəkildə düzgün yazmaz.

  • Danışmaq - danışarkən sözdəki hecaların yerlərini dəyişik söyləyərlər. Fikirlərini düzgün ifadə edə bilməzlər. Daha çox qısa tamamlanmamış cümlələrdən istifadə edərlər.

  • Dinləmək - ona verilən təlimatların yenidən təkrarlanmasını istəyər, çox hecalı sözlərin mənalarını başa düşməz. Məcazi mənnada işlənilən sözləri başa düşməz. Bəzi uşaqların oxumasında çətinlik olmasa da verilən təlimatları düzgün ayırd edə bilməz.

  • Hesablama - hesablamada çətinlik çəkər. Sadə hesablamaları edə bilməz. Əməlləri qarışdırar. Hesablaması uzun vaxt aparar. Əldə etdiyi nəticə ilə düzgün cavab arasında çox fərq vardır.

  • Analiz etmə - bir düşüncədən digərinə rahatlıqla keçə bilməz. Olduqca sadə problemləri həll etməkdə çətinlik çəkər. Yaşına və inkişafına görə daha sadə problem həll etmə və öyrənmə strategiyası istifadə edər.

İdman dərsləri

​Dərslər həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulub.

Fizioterapiya

Müalicəvi masaj

Duyu bütünləmə terapiyası

Gimnastik hərəkətlərin edilməsi

Məşğələlər həftədə 2 dəfə 45 dəqiqə müddətində aparılır.

Loqopedik məşğələlər

Böyüklər və uşaqlar üçün - bu məşğələlər nitq problemi olan fərdlər üçün nəzərdə tutulur:

NİL (nitq inkişaf ləngiməsi)

Loqonevroz (kəkələmə)

Səslərin qoyulması (dislaliya)

Loqopedik masaj

Ekspressiv nitq bacarıqlarının inkişaf etdirilməsi

Dizartriya, afaziya.

Tomatis

Tomatisin əsasını 5 proqram əhatə edir:

1. Əsas proqram

2. Diqqət proqramı

3. Nitq proqramı

4. Emosiya proqramı

5. Ananın səsi proqramı

Tomatis metodu fransız otorinolarinqoloqu Alfred Tomatis təərəfindən işlənib hazırlanmışdır və pedaqoji metoddur. Bu metodun tətbiqi zamanı xüsusi, vibrasiyalı, hava və sümük keçiriciliyi olan qulaqcıqdan və filtrasiya olunmuş xüsusi musiqilərdən istifadə olunur.

Bu zaman tembrın dəyişməsi, səsin intensivliyi beynimizin enerji mənbəyini çoxaldır.

 

Tomatis metodu öyrənməni, qavramanı, diqqəti, yaddaşı, kommunikativ bacarıqlarına, nitqin inkişafına kömək edir.

Əlaqə:

Ünvan 1: Bakı şəh., N. Nərimanov r-nu, Faiq Yusifov küç. 197 (“Dağıstan” restoranının arxası)

Telefon: (+994 12) 408n97 16, (+994 55) 718 00 83, (+994 55) 977 00 83

Müasir Psixologiya Mərkəzi

  • Instagram

© 2020 Sayt Eva Safarova tərəfindən hazırlanmışdır.