Ziqmund Freydin qızı Anna Freyd ilk dəfə olaraq uşaqlara psixodinamik yanaşmanı tətbiq edib. Bu terapiyada Ziqmund Freydin psixososial inkişaf mərhələləri baxımından uşaq (yaşına uyğun olduğu mərhələyə görə) dəyərləndirilir. İnkişaf mərhələsində problem olub-olmadığı aşkarlanır. İnkişafında görülən hər hansı bir problem onun almış ola biləcəyi bir travmanın olduğunu göstərir və bu barədə yardım edilir. Uşaqla valideyn arasında qurulan əlaqənin vacibliyinə diqqət yetirilir və bu dəstəklənir. Uşaq psixoloqunun seanslar boyunca valideyn roluna keçməməyinə diqqət yetirilir.

Bilişsəl-davranışçı terapiya
Uşağın real olmayan mükəmməlliyyətçilik kimi valideynləri tərəfindən gücləndirilən düşüncələri ola bilər. Əgər uşaq belə bir məqsədə yönləndirilibsə bu zaman onun təəssüf hissi yaşadığı müşahidə edilir. Bu terapiya ilə psixoloq düşüncələri daha real olan düşüncələrə çevirməyə çalışır. Məsələn, sınama-səhv etmənin daha real olduğu düşüncəsilə bağlı işlənir. Uşaq beləcə problemlərdən qaçma davranışının öhdəsindən gəlir. Uşaqlara davranışçı texnikalardan istifadə edilir.
Şəxs mərkəzli terapiya- uşaq mərkəzli terapiya